Teleaparıcı Aytəkin Mərdanova övladları ilə birlikdə Çexiyaya səfər edib.
Kanal.az xəbər verir ki, aparıcı Praqada keçirdiyi istirahətdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Fotolar qısa zamanda izləyicilərin diqqətini çəkib.
Lakin paylaşımlardan birinin altında yazılan rəy Aytəkin Mərdanovanın narazılığına səbəb olub. Belə ki, istifadəçilərdən birinin aparıcının ailə vəziyyəti ilə bağlı səsləndirdiyi fikir onu əsəbiləşdirib.
Aparıcı “Bunun da əri yoxdur” şəklində yazılan şərhə sərt reaksiya verərək: “Var… Lazımdırsa, səninlə əlaqə saxlasın”, – deyə cavab verib.(az24.az)
