Lavrovun narazılığı: Kiyev niyə yeni təkliflər verdi?

  • Dünya
  • 09 Aprel 2022 10:48
  • Oxunub: 295

Rusiyanın Kiyev, Sum, Çerniqov vilayətlərindən tamamilə geri çəkilməsi təbii ki, Ukrayna ordusunun müqavimət potensialının artması ilə əlaqədardır.

Kanal.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev rus ordusunun Ukraynanın Kiyev və Çerniqov vilayətlərindən çəkilməsi və qüvvələrini Donbasa yığmasının səbəbləri haqda danışarkən deyib.

O bildirib ki, Lavrovun Kiyevdən İstanbul görüşündən kənar təkliflərin gəldiyi ilə bağlı etirazı bu kontekstdə diqqət çəkir:

“Müharibənin ilk və son həftəsini müqayisə etsək, çox böyük fərq görərik. Bu baxımdan Ukraynanın yeni təkliflərində qeyri-adi heç nə yoxdur. İstənilən halda Ukrayna ərazi bütövlüyü ilə risk etmək və torpaqlarını işğal altında qoymaq niyyətində olmadığını hiss etdirir”.

Ekspert əlavə edib ki, hansı təkliflərin masada müzakirə olunacağını hələ zaman göstərəcək:

“Real vəziyyət onu göstərir ki, Rusiya ordusu hərbi potensialını itirir və döyüş bölgəsindəki imkanları məhdudlaşır. Yaxın günlərdə Ukrayna ordusu daha böyük hərbi əməliyyatlar keçirəcək və Donbasda da aktivləşəcək. Uğur qazandıqca isə Ukraynanın tələbləri də dəyişəcək”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...