Putin

Krımdakı hərbi baza necə bombalanıb? - Putin çox qəzəblidir

Krımdakı aviabazaya uğurlu zərbə endirilməsinə Ukrayna agentləri də kömək edə bilər.

Kanal.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib.

“Bizim xüsusi xidmət orqanlarımız tərəfindən dərin xüsusi əməliyyat keçirilmiş ola bilər. Biz bilavasitə bu obyektdə olan, orada xidmət edən və ya ola bilsin ki, məqsədyönlü şəkildə bura göndərilən şəxslərdən istifadə edə bilərdik. Ola bilsin ki, bizim xüsusi xidmət orqanlarının qüvvə və vasitələrinin köməyi ilə bir anda bir neçə yerdə mürəkkəb əməliyyat keçirilib”, - o bildirib.

Generalın sözlərinə görə, aviabazaya zərbənin böyük hərbi və siyasi əhəmiyyəti olacaq:

“Bunu həm Ukraynada, həm də dünyada hadisəyə verilən reaksiya göstərir. Biz artıq Krım ərazisində hərəkət edə bilərik. Və təbii ki, bu, Rusiya hərbçilərinə, krımlılara çox böyük zərbədir. Rusiyanın nüfuzuna, onların silahlı qüvvələrinin nüfuzuna xələl gətirdi və göstərdi ki, ruslar üçün təhlükə təkcə Krımda deyil, həm də zərbələr endirilən digər bölgələrdə də mümkündür”.