Kremldə gərginlik: Putinin yaxın adamları üsyana qalxdı

  • Dünya
  • 22 Noyabr 2022
637c789284311202211222154
  • Oxunub: 365

“Kremldə Prezident Vladimir Putinlə digər yüksək rütbəli rəsmilər arasında gərginlik var”.

Kanal.az xəbər verir ki, ABŞ-ın “Newswee” portalındakı məqalədə belə deyilir. Məqalədə qeyd edilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada mümkün gərginliyə qarşı hazırlaşır. İddia edilir ki, Putinlə yaxın adamları hesab edilən “Vaqner” qurupunun rəhbəri Yevgeni Prigozin və Çeçenistan rəhbəri Ramzan Kadırov arasında gərginlik artıb. Müəllif məqaləsində yazır ki, Moskvada xaos, vətəndaş müharibəsi və çöküş yaxınlaşır.

Qeyd edək ki, bundan əvvəl də ABŞ mediası Kremldə Putinə qarşı narazılığın olması barədə xəbərlər yayıb. Rəsmilər Putinin Ukrayna barədə qərarlarından narazıdır.

Oxşar xəbərlər