koronavirus azərbaycan

Koronaya yoluxanların sayı artdı

<p><b>Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.</b></p><p>Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kanal.az-a verilən məlumata görə, ölən olmayıb.</p><p>İndiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 85 nəfər aktiv xəstə sayını təşkil edib.</p><p>Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.</p>