Koronavirusdan 8 üzvünü itirən ailə GÖRÜN NƏ ETDİ
Dünya
02.09.2021 11:09
0

Koronavirusdan 8 üzvünü itirən ailə GÖRÜN NƏ ETDİ

Koronavirus səbəbi ilə 6 ayda 8 üzvünü itirən ailənin qalan üzvləri öləcəklərini düşünərək qəbristanlıqdan 10 məzar yeri alıblar.

Kanal.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Rizenin Güneysu bölgəsində yaşayan Gənc ailəsi 6 aydır ölüm qorxusu ilə yaşayır. Qəsəbə Sağlamlıq Müdirliyi qrupları, onların çağırışına cavab verib və ailənin 25 üzvünü peyvəndləyiblər.

Peyvənddən sonra ailə üzvləri özlərini yaxşı hiss edib. Doğmalarını itirən Ali Gənc, “Peyvənd olunsaydılar, bəlkə aramızda olardılar. Ailəmizin qalan 25 üzvü peyvənd olunub. Peyvənd olunduğumuz 3 ay ərzində qripə belə yoluxmamışıq. Bu peyvəndlər sayəsində xəstəlikdən və ölümlərdən xilas olduq ”.



Lent.az


Paylaş:
Loading...
Loading...