Könül Kərimovadan əsəbi sözlər:

Könül Kərimovadan əsəbi sözlər: "Özünüzü həkimə göstərin"

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə paylaşımı ilə təəccübləndirib.

Kanal.az xəbər verir ki, müğənni İnstaqramda onu tənqid edənlərə cavab verib:

“İnsanın gözəl düşünüb, gözəl baxmağı o qədər gözəldir ki...Çox heyif ki, bu düşüncə hər kəsdə yoxdur. Gərək gözəl düşünmək üçün gözəl dünyan olsun. Bax, bu məndə yaxşı ki, var. Axı, bilirsiniz öz balaca dünyam var. Orada yalnız ruhu gözəl, ürəyi gözəl, sağlam düşüncəli insanlar üçün yer ayırmışam. Ona görə də son vaxtlar özümü çox yaxşı hiss edirəm.

Demək, həyatda nə olursa, yaxşılığa doğru olur. Odur ki, özünüzü hərdən həkimə göstərin. Yazıqsız…Bu beş günlük dünyada insan kimi yaşayın. İnsanlığınızı itirməyin. Görün ki, bu işıqlı dünyada nələr var. Ay gözü, ürəyi pas atanlar. Nə isə, siz elə orada qalın, mən də burada…”. //teleqraf.com