662fbb191fe74202404242201

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək.

Bu barədə “MediaHub” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğunu bir daha göstərmək istəyir.

Mənbədən vurğulanıb ki, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq.

“Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir”, - deyə mənbədən əlavə edilib.

//Oxu.az