Kişiləri başdan çıxarmanın yolları - Bunları edin
Bu səbəbdən partnyorları onlardan soyuya bilər. Lakin bəzi taktikalar var ki, onlarla kişiləri cəlb etmək daha asandır.
Kanal.az həmin taktikaları təqdim edir.
Onu arzuladığınızı göstərin
Partnyorunuza onu nə qədər istədiyinizi hiss etdirin. Zəng edin və darıxdığınızı deyin. Yaxşı və seçilmiş sözlər işlədin. Axşam evə gəldiklərində cəlbedici bir geyimlə qarşılayın. Bununla o, nə demək istədiyinizi anlayacaq.
Yaxşı ətir istifadə edin
Kişiləri başdan çıxaran əsas şey qoxudur. Bədəninizə uyğun gözəl qoxulu bir ətir seçin. Bununla partnyorunuzun yanından da keçsəniz onu cəlb edəcəksiniz.
Ortaq nöqtələri çoxaldın
Əsas detallardan biri də yaxşı ünsiyyətdir. Birlikdə olduğunuz şəxslə bir məsələ haqqında mübahisə edin, fərqli mülahizələr irəli sürün. Bu zaman kişilər axtardığım qız budur deyə sizi sahiblənməyə başlayacaqlar.
Sevgi, hörmət və güvən verin
Bir kişini cəlb etmək üçün ona sevgi, güvən və hörmət hissi bəsləyin. Kişilər onlardan qorxan yox, onlara güvənən və hörmət edən qadınları baş tacı edirlər.
Baxımlı olun
Kişilərin özünə baxan, xarici görünüşə önəm verən qadınlardan xoşu gəlir. Yaxşı makiyaj, baxımlı əllər, sağlam saçlarla kişiləri asanlıqla başdan çıxara bilərsiniz. Bu zaman sizdən gözünü ala bilməyəcək və sizi arzulayacaq.
İlk addımı atmaqdan çəkinməyin
Qadınlar hər zaman ilk addımı kişilərin atmasını gözləyir. Lakin siz də sevginizi qarşı cinsə bildirməlisiniz. Burada əsas nüans isə gözlərdir. Çünki baxışlar hər şeyi ifadə edə bilər.
İdeal mühit yaradın
Əsas məsələlərdən biri də ideal mühit yaratmaqdır. Güvənli, sakit, uyğun bir musiqinin olduğu, təmiz bir məkanda diqqəti üstünüzə çəkmək daha asandır. Burada istədiyiniz mesajları verərək kişiləri başdan çıxara bilərsiniz.
Ehtiraslı danışın
Partnyorunuzla danışarkən rahat olun. Hər hansı bir məsələ haqqında danışırmış kimi yataq məsələlərinə keçin. Bu kişilərin diqqətini cəlb edəcək. Ağlınıza gələn hər şeyi rahatlıqla söyləməkdən çəkinməyin. (bakupost.az)
- Maraqlı
- 13 Fevral 2024