63e0d7361804e202302233222

Kişi kimdir ki, mən ona pul xərcləyim?: Kişi qadına pul xərcləməlidir - Samirə

“Kül o alfonslara pul xərcləyən qadınların başına…”

Bunu Əməkdar artist Cavanşir Məmmədovun “İndi alfonsların sayı artıb” fikrinə qüvvət olaraq Yenicag.az-a açıqlamasında Samirə Yusifqızı deyib.Sənətçi alfonslara pul xərcləyən qadınları sərt tənqid edib:

“Cavanşir müəllim düz deyir, alfonsların sayı həddən artıq çoxdur. Kül o alfonslara pul xərcləyən qadınların başına. Mən, birinci növbədə, qadınları günhakar bilirəm. O kişiyə pul xərcləməkdənsə, getsin bir metr kəndir alıb özünü assın. Kişi kimdir ki, mən ona pul xərcləyim? Allah vurub o kişini ki ona pul da xərcləyim. Ondansa, gəlsin evinə arvad işləri görsün, mən də pul qazanım, onu saxlayım. Biz görmüşdük, qadına kişi pul xərcləyər, kişi maya buraxar. Düzdür e, get-gedə o kişilərin də sayı azalır. Gələcək cavan nəsillər asan pul qazanmağın yolunu axmaq-axmaq şeylərdə görürlər, eləcə də qadınlardan pul qaparmaq onlar üçün ən asan qazanc yoludur. Allah daş salsın belə qadınların da başına, elə oğlancıqların da başına. Kişi yox ha, kişi sözü heyfdir onlar üçün. Kişi nədir, qadın “şot”una yaşamaq nədir?! Ayıbdır, kişi adını ləkələməyin. Kişi ailəsinə də baxmalıdır. Subaydırsa, sevgilisinə də, nişanlısına da baxmalıdır. Əvvəllər kişilərin ailəsi də var idi, hətta kənarda saxladığı xanıma da ailəsi kimi baxırdılar. Onlara halal idi. İndi yox. İndi kişi heç ailəsinə baxa bilmir, nəinki ikinci, üçüncü xanıma baxsın.

Hesab edirəm ki, ailəsi olan kişilər kənarda qadın saxlamalı deyillər. Çünki imkanları yoxdur. Lap imkan olsa belə, bu, haramdır, qarğış yiyəsi olmaq deməkdir. Amma alfons oğlancıqlar yaşamasınlar, onlara yaşamaq haramdır”.