Kirayədə yaşayırmış, borcları varmış - Mahir Emrelinin dayısı oğlunun ölümünün təfərrüatı - FOTO

  • Gündəm
  • 01 Noyabr 2025
6905e1ac62ece202511253212

Məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğlu, 37 yaşlı Sabit Ağayevin ölümünün təfərrüatları məlum olub.

Kanal.az "Yeni Sabah" a istinadla xəbər verir ki, hadisə zamanı evdə tək olub.

“Sabit bir müddət əvvəl valideynləri ilə yoldaşı arasında yaranan mübahisələr səbəbilə kirayə ev tutaraq öz ailəsi ilə ayrı yaşamağa başlayıb. Mərhum dünən axşam saatlarında Tala kəndinə gələrək intihar edib. Hadisə zamanı yoldaşı evdə olmayıb. Bir azyaşlı körpəsi var. Sabitgil ailədə 2 uşaqdırlar. Bir bacısı var. Nənəsi vaxtı ilə Tala kənd məktəbində ibtidai sinif müəllimi işləyib”, - mərhumun yaxınları bildirib.

Başqa bir iddiaya görə, mərhumun borcları çox imiş və ödəyə bilmirmiş. Ona görə də özünə qəsd edib.

Xatırladaq ki, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yarımçıq tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

O, futbolçu Mahir Əmrəlinin dayısı oğludur.

Oxşar xəbərlər