Keyn qərarını açıqladı
İdman
25.08.2021 18:22
221

Keyn qərarını açıqladı

"Tottenhem"dən ayrılacağı gözlənilən Harri Keyn karyersı ilə bağlı qərarını açıqlayıb.

Kanal.az xəbər verir ki, İngiltərə millisinin kapitanı Tvitter hesabındakı paylaşımında London klubunda qalacağını yazıb:

"Bazar günü "Tottnhem" azarkeşlərinin məni qarşılaması və son bir neçə həftə ərzində aldığım dəstək mesajları inanılmaz idi. Bu yay "Tottenhem"də qalacağam və 100 faiz komandamın uğurlarına köklənəcəyəm".

Qeyd edək ki, "Mançester Siti"nin Keynlə razılığa gəldiyi və onunla 5 illik müqavilə imzalanacağı haqda xəbərlər yayılmışdı.


Paylaş:
Loading...
Loading...