6611608e1dae7202404244742

Kərim Tünzaləyə əsəbiləşdi: “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur” (VİDEO)

“Tünzalə Ağayeva səhnədə mənə qıcıq vermir. Guya o, “A”, mən isə “B”, “C” kateqoriyasındanam. Elə hesab edir ki, özünün oxumağı “ali” dərəcədir.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov küsülü olan həmkarı Xalq artisti Tünzalə Ağayevanın ünvanına söyləyib. 
Sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində bildirib ki, Tünzalə digər həmkarlarından özünü üstün gördüyü üçün onları alçaldır: “Bir müğənnini bəyənə də, bəyənməyə də bilərsən. Bu normal haldır. Görəndə ki, hansısa müğənni, bu Xalq və ya Əməkdar artist də ola bilər, həmkarını efirdə dəfələrlə alçaldırsa, “ara oxuyanlar”, “qıjı müğənnilər”, “gəlsinlər yanıma onlara dərs keçim, məktəb öyrədim”... Kənardan baxıram, deyirəm ki, belə öyrətmək istəyirsənsə, get sıfırdan bir ifaçını yetişdir, elə onu öz məktəbin. Çıxart de ki, bu ifaçı mənim məktəbimdir. Baxın, dinləyin... Eləmisənmi? Xeyr, etməmisən! Amma çıxırsan efirlərdə Türkan Vəlizadəni və onun simasında digər həmkarlarını vurursan. Onlar susurlar... Amma xoşaqəlməz sözləri onlara deməklə sənin qoltuğun “şişir”, bir az da vurursan. Amma mən bunlara susa, göz yuma bilmirəm. Deyirəm ki, bir dəqiqə dayan, çox irəli getdin. Ona görə dedim ki, Tünzalənin səsi gələn radionu mən dəyişirəm. Mən bunları sırf sənət mövqeyindən danışıram. Şəxsi münasibətlərə keçmirəm”. 


Abbasov Ağayevanın illərlə vokal müəllimlərindən dərslər alsa da, ifa etdiyi mahnılarda vurduğu boğazların düzgün olmadığını söyləyib: “Tünzalənin oxuduğu mahnılarda, vurduğu boğazlar var “ooouuu”.... Tam səmimi... İnsan bəlkə 6-7 il gedib vokal müəllimin yanına, amma hələ də o boğazlarını düzəldə bilmir. O musiqiçidir, bilir mən nə deyirəm. Onun digər mahnılarında daha əvvəl etdiyin o boğazları görmürəm. “Tellərini yana dara qız” mahnısına qulaq asanda Tünzalə “ooouuu”  boğazlarında həddən artıq çox edib. Əgər səhvdirsə, birinci öz səhvimizə baxaq.


Görək biz nə oxuyuruq, sənətdə hansı səhvi edirik... Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər... Amma siz axı vokal müəllimlərindən dəsr almısınız. Necə bu səhvləri edə bilərsiniz? Siz bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Biraz özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Amma bu həyatda çarxı-fələk var... İndi baxıb, görürəm ki, hamı Tünzalənin üzərinə gedir”. 


Kərim bildirib ki, son zamanlar Tünzalə oxuduğu mahnıları ilə deyil, bir-birində açıq-saçıq geyimləri ilə gündəmdədir: “Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Hamı sizi şərhlərdə tənqid edir... Haqsızdırlar yoxsa haqlıdırlar? Siz özünüz bunları etdiyinizə görə, indi də sizi belə tənqid edirlər. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. Filankəs müğənni mənim səviyyəm deyil kimi söhbətlər etməyin... Olmaz!”. 

Abbasov həmçinin Ağayevanın illər əvvəl müsahibələrinin birində söylədiyi “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur” sözlərini xatırlayaraq, Tünzalənin özünün bu ifadələrə məhəl qoymadığını vurğulayıb: “Kiminsə oxumağında, sənətində, xarici görünüşündə qüsur tapmaq çox asandır. Bu günki gün isə baxırsan ki, Tünzalə xanımın qüsurlarını tapıb, ortalığa çıxardırlar. O qədər onu vururlar... İstəməzdim onu bu qədər vursunlar. Niyə Tünzalə xanıma deyilməlidir ki, geyimində problemi var? Niyə deyilməlidir? Bəlkə doğurdan da geyimində problem var, bəlkə də yoxdur... Tünzalə xanım kompleks yaşayır. Tünzalə xanım nəyisə kiməsə sübüt etməyə çalışır... Nəyisə kiməsə göstərmək istəyir. Səhnə adamıdır, açıq da geyinməlidir... Bununla razıyam.
İllər əvvəl Tünzalə xanımla bir Xalq artisti ilə münasibətləri pozulmuşdu. Tünzalə xanım kanalların birində müsahibəsində söyləmişdi ki, “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur”. Bəli bu sözləri indi mən Tünzalə xanıma ünvanlayıram və istəyirəm buna bir şərh, cavab versin. Bu günki gündə əgər siz özünüz buna əməl etmirsiniz ki, bunu zamanında qüsur tutmaq lazım deyil. Yaşayın, özünüz üçün, heç kimi alçaltmayın. Çünki bu, məndə qıcıq yaradır”.