Kənddən gəlib xidmətçi işləyənlə mədəniyyət formalaşdıra bilmərik - Rövşanə

  • Ölkə
  • 22 Yanvar 2023
63cce2ed313c4202301231701
  • Oxunub: 1949

Əməkdar artist Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər" sözləri ətrafında müzakirələr bitmək bilmir. 

Kanal.az xəbər verir ki, bu dəfə aparıcı Rövşanə Ağəsəfqızı açıqlaması ilə gündəmə gəlib. "Sabaha saxlamayaq" proqramında qonaq olan aparıcı bunları söyləyib:

"Rayondan indi gələnlər yetəri qədər artıqdır. 1960-cı illə müqayisə etmirik. Həmin dövrdə başqa idi. İndi sel gəlir. Niyə? İşləməyə gəlir... Gəlir dayə, xidmətçi işləyir. Biz onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? Mədəniyyəti formalaşdıran oxumaqdır, təhsildir. Təhsil bərbad gündədir, bunu deyirəm. Cümlə yaza bilməyənlər çıxıb müzakirə aparırlar. Mədəniyyəti beyinlər formalaşdırırlar. Ədəbiyyat adamları, tamadı olacaqdılar. Yaxşı müğənnilər, rayonda qalsaydılar, toy müğənnisi olacaqdılar. Şəhərə gəlib oxudular və mədəniyyəti formalaşdırdılar. Urbanizasiya qanunları pozulub və kababxanaya çevrilib".

Qeyd edək ki, B.Bağırzadə "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə  var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada  yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan  gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz  susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz" sözlərini söyləyib. / Bakıvaxtı.az

Oxşar xəbərlər