64269bcaa2a67202303233730

Kənddə rəzillik - Məktəbin müəllimi bir neçə evli qadınla tutuldu / VİDEO

Astarada kənd məktəbində çalışan müəllimlərin evli qadınla münasibətini iddia edən kənd sakinləri ayağa qalxıb.
Astara rayon Motlayataq kənd sakinləri bildirir ki, Sarvan Qurbanov adına Motlayataq kənd orta məktəbin riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlu dəfələrələ kənddə əxlaqsızlıq etdiyi üçün kənd camaatının narazılığına və qəzəbinə baxmayaraq yenə bu çirkin əməllərdən əl çəkməyib. Son belə hadisənin üstü 17 martda açılıb.
Demokrat.az 
referans.az-a istinadən xəbər verir ki, Astara rayonu Motlayataq kənd sakinləri kəndin məktəbində riyaziyyat-informatika müəllimi Əliyev Ramil Böyükağa oğlunun dəfələrlə əxlaqsızlıq etdiyini, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu əməlindən əl çəkmədiyini iddia edirlər.
Sakinlər deyirlər ki, sonuncu dəfə belə bir hadisənin üstü 17 mart 2023-cü il tarixində açılıb.
Belə ki, Motlayataq kəndində evli bir qadının itkin düşməsi ilə bağlı xəbərlər yayılıb və Astara rayon polis idarəsinə müraciət olunub.
Polis araşdırması zamanı sözügedən qadının Ramil Əliyev və həmin məktəbin hərbi hazırlıq müəllimi Rauf Məlikovla bir-neçə ildir davam edən telefon danışıqları məlum olub.
Hərbi hazırlıq müəllimi Məlikov Raufun bu kənddə ilk belə hərəkəti olsada da, riyaziyyat və informatika müəllimi Əliyev Ramin Böyükağa oğlunun artıq 5-6 dəfədir ki, ayrı-ayrı evli qadınlarla əxlaqsızlıq üstündə tutulma hərəkətləri olub. Kənd camaatının dəfələrələ xəbərdarlığına məhəl qoymayan Ramin Əliyev yenə bu əxlaqsızlığı davam etdirir.
Kənd camaatının bizə ünvanladığı şikayət məktubunda bildirilir ki, xahiş olunur Ramin Əliyev və Məlikov Rauf həmin məktəbdən uzaqlaşdırılsın. Kənd cammaatı bildirir ki, bu nalayiq hərəkətləri edən “müəllim” sabah orta məktəbdə qızlara qarşı da bu hərəkəti edə bilər. Sakinlər buna ciddi etirazını bildirirlər. Onu da qeyd edək ki, Ramin Əliyev həmin məktəbdə Təlim Tərbiyə üzrə direktor müavinidir. Aldığımız məlumata görə, bu gün valideynlər övladlarına sözügedən məktəbə göndərməkdən imtina ediblər. Bundan sonra məktəbə polis əməkdaşları və Təhsil şöbəsinin nümayəndələri gəlib. 
PS. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hadisə ilə bağlı görüntüləri sizə tədim edirik: