Kəlbəcərdəki hücumun ŞOK DETALLARI: Ordumuz İrəvana 90-km-lik məsafədə...

  • Siyasət
  • 13 Yanvar 2022 20:46
  • Oxunub: 13658

Kəlbəcər istiqamətində Azərbaycan ərazisində olmaq şərti ilə ordumuz öz mövqelərini tarixi torpaqlarımızda möhkəmlədib. O ərazi Ermənistanın Basarkeçər rayonunun lap yaxınlığıdır. Azərbaycan Ordusunun oradakı mövqeyindən Basarkeçər rayonu ovuc içi kimi görünür. Həmin ərazilərdə olan Şorca və digər istiqamətlərdə də bu, belədir. Zod qızıl yataqları da həmin ərazidə yerləşir.

Kanal.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, həmin mövqelərdən İrəvana 80-90 km məsafə qalır: “Ona görə də, işğal dövründə ermənilər həmin ərazidə daha çox məskunlaşıb. Tarixən azərbaycanlıların yaşadığı Nərimanlı, Şişqaya, Kəsəmən, Qayadaşı və başqa kəndlər var. Vaxtilə Basarkeçər rayonunun 40 kəndinin 29-da azərbaycanlılar yaşayırdı. 30 illik işğal dövründə ermənilər bu ərazilərdə məskunlaşmağa çalışıb. Hazırda isə Azərbaycan ordusu orada özünün güclü mövqeyini möhkəmlədib”.

Millət vəkili hesab edir ki, erməni təxribatlarının orada yaşayan Ermənistan vətəndaşlarının təlaşını yatırmaq üçün edilməsini də istisna etmək olmaz: “Guya belə bir durum yaratmaqla Azərbaycan ordusunun oradan geri çəkilməsinə nail olacaqlar. Amma onların hər təxribatlarına cavabımız daha sərt olur. Bir şəhidimizin qisası qarşılığında 10 erməni əsgəri məhv edilir”.

Elman Məmmədov bildirib ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb: “Ona görə də, onlar unutmasınlar, biz tarixi sərhədlərimizn haradan keçdiyini yaxşı bilirik. Hətta təxribatçıların rus sülhməramlıların kölgəsinə sığınıb Xankəndidə, Xocalıda etdiyi təxribatlar da cavabsız qalmayacaq”.

Loading...
Loading...
Oxşar xəbərlər