"Kaş birotaqlı daxmam olardı, amma valideynlərim sağ olardı" - Əməkdar artist efirdə gözyaşı tökdü - VİDEO

  • Gündəm
  • 15 Avqust 2025
689f42c0b56d8202508252256

"Bir gün gəldim ki, atam itə başa salır ki, gülə dəymə. Gülü o qədər sevirdi ki, atamı martın 8-də torpağa tapşırdım. İki gün sonra isə anamı dəfn etdik".

Kanal.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov "Xəzər axşamı" verilişində deyib. Skripka ifaçısı dünyasını dəyişən valideynlərindən danışıb və ağlayıb:

"Kaş sadə insan olardım, heç nəyim olmazdı. Nə olsun tanınmışam, məni avtobusda da, sadə insanlar arasında da görə bilərsiniz. Nə olsun tanınmışam, özümü yuxarıdan aparmıram. Kaş mən birotaqlı daxmada qalardım, amma valideynlərim yanımda olardı (ağlayır)".

Qeyd edək ki, musiqiçi valideynlərini koronavirusdan itirib. 

/axsam.az

Oxşar xəbərlər