Ramzan kadırov

Kadırov ukraynalı komandirlərin hər birinin başına 500 min dollar PUL AYIRDI

Ramzan Kadırov “Azov” və Dudayev batalyonunun öldürülməsinə görə mükafat elan edib.

Kanal.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazıb. O, hər bir ukraynalı komandirin başı üçün 500 min dollar mükafat ayırıb.

Kadırov Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinə və Ukrayna Təhlükəsizlik Xidmətinə də müraciət edib:

“Siz daha təhsilli və savadlı insanlarsınız, Ukrayna ərazisindən pis ruhları, nasist çaqqalını qovmaq üçün vəziyyəti başa düşməli və rus ordusu ilə çiyin-çiyinə durmalı idiniz.  Amma nədənsə banderaçılardan qorxdunuz. Onlardan qorxmayın”, – deyə Kadırov qeyd edib.

Ukrayna hakimiyyəti üçün (Kadırovun versiyasına görə) yalnız bir çıxış yolu var: Rusiyanın şərtlərinə tam əməl etmək.