“Hamınızı güllələyəcəyik, məhv edəcəyik sizi!”.
Kanal.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri LDPR rəhbəri, deputat Vladimir Jirinovski “Rossiya 1” telekanalının “60 minut” siyasi tok-şousunda debat zamanı deyib. O, ukraynalı politoloqun üzərinə hücum edib, qışqırıb, hətta əlini stola çırparaq artıq hərəkətlərə yol verib.
Opponentinə danışmağa macal verməyən Jirinovski efir məkanına uyğun olmayan qeyri-etik hərəkət və sözlərə yol verib. O, ukraynalıları qıracaqları, məhv edəcəkləri ilə hədələyib.
“Hamınızı güllələyəcəyik, məhv edəcəyik, əcaflar, banditlər. Rədd ol burdan, yaramaz! Hər şeyin cavabını verəcəksiniz”, – deyə Jirinovski qəzəblənib. / konkret.az