İsveçdə PKK tərəfdarları NATO-ya üzvlüyə qarşı çıxdı

  • Dünya
  • 21 May 2022 23:52
  • Oxunub: 279

İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.

Kanal.az xəbər verir ki, Stokholmda Norra Bantorget meydanında toplaşan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.

Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər.

Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-çıyıq” şüarları səsləndirib. 200 nəfərlik nümayiş insidentsiz başa çatıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...