İrana böyük zərbə: İsrailin hücumu nəticəsində ölən yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTO

  • Manşet
  • 13 İyun 2025
684bc76c9ceeb202506253836

İsrailin İrana hücumu nəticəsində ölən yüksək rütbəli və vəzifəli şəxslərin adları açıqlanıb.

Kanal.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Hücum nəticəsində ölənlər aşağıdakılardır:
- İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri
- İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami
- İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
- İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani
Eyni zamanda hücum nəticəsində İranın altı nüvə alimi ölüb.

Bunlar aşağıdakılardır:
- İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi
- İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi
- Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə.

İsrailin hücumu nəticəsində ölən iranlı yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTOİsrailin hücumu nəticəsində ölən iranlı yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTOİsrailin hücumu nəticəsində ölən iranlı yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTOİsrailin hücumu nəticəsində ölən iranlı yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTOİsrailin hücumu nəticəsində ölən iranlı yüksək rütbəli və vəzifəli şəxslər - SİYAHI - FOTO

/iqtisadiyyat.az

Oxşar xəbərlər