İsrail vurdu İran cavab hücumuna başladı, Netanyahu və Xamenei xalqa müraciət etdi - Ölənlər var - VİDEO/FOTO

  • Manşet
  • 13 İyun 2025
684bbce007e79202506255336

İran son bir neçə saat ərzində İsrailə 100-dən çox PUA ilə hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə Israil ordusunun briqada generalı Effi Defrin məlumat yayıb.

Onun sözlərinə görə, İsrail ordusu PUA-ları vurmaq üçün iş aparır.

PUA-ların İsrailə iki saata çatacağı bildirilir.

***

İranın dini lideri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin İrana hücumlarında yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Son məlumatlara görə, bu səhər iqamətgahına hücum zamanı ağır yaralanan Şamxani Tehranda xəstəxanaya yerləşdiririlib.

***

"İran İnternational" nəşri Xameneinin müşaviri Əli Şamxaninin hücum nəticəsində aldığı yaralardan öldüyünü bildirib.

***

Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

"Mən İsrail xalqını komandanlığın göstərişlərinə əməl etməyə çağırıram. Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız”, - baş nazir əlavə edib.

***

İsrail gecə ərzində İrana zərbələr endirməklə özünü acılı və ağrılı taleyə məhkum edib.

Axar.az xəbər verir ki, bu sözlər İranın ali rəhbəri Seyid Əli Xameneinin xalqa müraciətində yer alıb.

Onun sözlərinə görə, İsrail sərt şəkildə cəzalandırılacaq.

İranın Ali Rəhbəri hava zərbələri zamanı bir neçə komandir və alimlərin həlak olduğunu təsdiqləyib:

“Onların davamçıları və həmkarları dərhal işlərini davam etdirəcəklər”.

***

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Bagirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

Axar.az xəbər verir ki, “Röyters” mənbəyə istinadən məlumat yayıb.

İran hökuməti hələlik M.Bagirinin ölümü ilə bağlı açıqlama verməyib.

***

İran tərəfi İsrailin endirdiyi hava zərbələri nəticəsində Baş Qərargah rəisi Məhəmməd Bagerinin həlak olması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə İRNA məlumat yayıb.

***

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.

Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

***
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.

“Fars” agentliyi isə bildirib ki, İran paytaxtında ən azı altı partlayış səsi eşidilib.

Bu arada İsrailin müdafiə naziri İsrail Katz ölkə daxilində fövqəladə vəziyyət elan edib:

“İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”.

Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.

Oxşar xəbərlər