İrəvanda hökumət evinə basqın: Ciddi toqquşma var – VİDEO

  • Dünya
  • 30 May 2022 14:44
  • Oxunub: 149

Bu gün silsilə aksiyalarını davam etdirən erməni müxalifəti günortaya yaxın hökumət binasının 3-cü korpusuna girməyə cəhd göstərib.

Kanal.az erməni mediasına istinadla xəbər verir ki, buna səbəb müxalif deputatların binaya girmək səlahiyyətinin hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən məhdudlaşdırılması olub. Deputatların girişinə qadağadan sonra “Müqavimət” hərəkatının aksiyaçıları binaya hücum edib.

Bu hücumla isə ciddi qarşıdurmalar baş verib, bir neçə nəfər xəsarət alıb.

Erməni mediası toqquşmanı canlı olaraq yayıb.

Hazırda erməni parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyanın rəhbərliyi ilə mitinq davam edir.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...