İrəvan vaxt qazanmağa çalışır: Ərdoğan və Putinin “gedişini” gözləyir...

  • Gündəm
  • 18 Aprel 2022 09:46
  • Oxunub: 185

Hər şey indiki mərhələdə Rusiyadan asılıdır. Azərbaycan və Türkiyə Rusiya ilə ciddi müzakirələr aparmalıdır. Eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Sülh müqaviləsi imzalanmadan sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq olmaz. Əks halda onlar danışıqları uzatmağa çalışacaqlar.

Kanal.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, erməni ekspertləri Ərdoğan və Putinin hakimiyyətdən getməsindən sonra regionda Qərbin güclənəcəyi, onlar üçün daha əlverişli şəraitin yaranacağı haqda fikirlər irəli sürürlər:

“Buna görə də ermənilər danışıqları uzatmağa çalışacaqlar. Hesab edirəm, Paşinyan bizə müəyyən ümidlər verməklə gərginliyi azaltmağa çalışır, sülh sazişi imzalamağa yox. Bunun əksi olsaydı, Azərbaycanın 5 bənddən ibarət, beynəlxalq hüququn prinsipləri əsasında hazırlayıb təqdim etdiyi sülh sazişini bir həftə ərzində imzalaya bilərdi. Amma Ermənistan sülh sazişini Qarabağ ermənilərinin statusuna bağlayır. Bu isə danışıqların sonsuzluğa qədər davam etməsi deməkdir. 30 il ərzində Ermənistan həmişə bu mövqedən çıxış edib. Paşinyan heç kimə lazım olmayan açıqlamaları ilə daha çox kənar qüvvələri proseslərə daxil etməyə çalışır, daxildə müqavimət təşkil etmək, özünü isə beynəlxalq birliyə "sülh göyərərçini" kimi təqdim etməyə cəhd göstərir”.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...