632ad585cda59202209221237

İranda hakimiyyət dəyişsə, Tehran və İrəvan BU DÖVLƏTLƏ BİRLƏŞƏCƏK - DETALLAR

"Həm İran daxilində, həm ABŞ daxilində, həm də Ermənistanda belə bir üçlü ittifaqa - İran, Amerika, Ermənistan ittifaqına çalışanlar var".

Bunu İqtisadi, siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Ermənistan ABŞ-ın bölgədə güclənməsini istəyir:

"Ermənistanda xüsusən də liberallar daha çox dövlətin bu ənənəvi siyasətindən imtina etməyə Rusiyadan uzaqlaşmağa, Avropa İttifaqı, Qərblə yaxınlaşmağa çağırırlar. Məsələn, ən son elə İranın keçmiş XİN rəhbəri Cavad Zərif açıq şəkildə "Amerika bizə kömək etməlidir, yoxsa bütün İran türkcə danışacaq" kimi talehsiz açıqlaması olmuşdu. Və yaxud da keçmiş Xarici işlər nazirliyinin müşaviri Zöhrəvənd yenə Azərbaycan əleyhinə, ABŞ-a yaxınlaşmaq lehinə Ermənistana dəstək verən açıqlamaları olmuşdu.

İranın hazırki prezidenti İbrahim Rəisi indi ABŞ-dadır. ABŞ və Avropa ilə İran dəyərlərinin oxşar olduğunu, eyni olduğunu, sadəcə İrandakı konservativ hökümətə görə ayrılıqlar olduğunu iddia edirlər. Eyni zamanda ABŞ-da böyük bir İran lobbisi var. Orada xüsusilə liberal, demokrat çevrələrdə İran sevgisi var. Həmin şəxslər yenə hər vəchlə İranı Rusiyadan ayırıb, Qərbə birləşdirməyə çallışırlar. İstəyirlər ki, hətta Rusiyadan kəsilən təbii qaz və neftin əvəzinə İrandan gələn təbii qaz və neftlə əvəz etsinlər. Amma əlbəttə ki, bunlar sadəcə ehtimallardır. 

Ermənistan həm ABŞ-ın bölgədə güclənməsini istəyir, bunun ona yardım edəcəyini fikirləşir, həm də eyni şəkildə İranın bölgədə təsirinin artmasını istəyir. Ancaq indiki dönəmdə bunlar çox da real görünmür. Çünki hələ ABŞ ilə İran arasında həll ediləsi kifayət qədər çox problem var, üstəlik burada bəzi Avropa ölkələri xüsusilə İsrail münasibətlərin heç bir halda düzəlməməsinin lehinə çıxış edir. 

Eyni şəkildə İranda da çox güclü Rusiya təsiri var. Burada da mühafizəkarlar Qərbə qarşı Rusiyanın yanındadır. İndiki halda hələ ki İranın Rusiya təsirindən qopub Qərbə yaxınlaşması o qədər də real görünmür. Amma hazırda İran daxilində böyük etiraz aksiyaları, silahlı və silahsız böyük toqquşmalar baş verir. Əgər orada bir nəticə hasil olarsa, İranda hansı şəkildə mühafizəkar sistem çökər, liberallar hakimiyyətə gələrsə, o zaman əllbəttə ki, İranda da biz sözügedən üçlü ittifaqa (ABŞ-İran-Ermənistan İttifaqı) doğru dəyişikliklərin şahidi olacağıq". / Milli.az