İran Prezidenti İbrahim Rəisinin içində olduğu helikopter qəzaya uğrayıb. - Rəisinin axtarışına başlanıldı
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin içində olduğu helikopter qəzaya uğrayıb.
"Unikal" İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, Rəisinin helikopteri Arsbaran meşələrində yoxa çıxıb.
"Prezident və onun yoldaşlarını daşıyan helikopterin qəzaya uğradığı yer Arsbaran meşələrində yerləşən Uzi kəndi ətrafında olub və xilasetmə qrupları hadisə yerinə göndərilib", - məlumatda deyilir.
Agentlik xilasetmə qruplarının qəza yerinə yeni çatdığını, lakin axtarış əməliyyatının vaxt aparacağını yazıb: "Xilasedici qruplar qəza yerinə çatıb və Rəisi və onun yoldaşlarının axtarışına başlanılıb. Bölgəyə 20 xilasetmə qrupu və pilotsuz təyyarələr göndərilib. Qəza yerində üfüqi görünmə 5 metrdən azdır".
Ağarza Elçinoğlu
- Manşet
- 19 May 2024