İran Azərbaycan ərazilərini belə talan edib - ŞƏRH

  • Şərh
  • 25 Oktyabr 2022
6357a0d49f8ca202210223948
"İranın son zamanlar əsassız və absurd narahatlığı Azərbaycan dövlətində də ciddi narahatlıq yaradır. Çünki biz özümüzə aid olan, işğaldan azad etdiyimiz ərazilərdə geniş quruculuq işləri həyata keçiririk. Həmin o ərazilərədə geniş quruculuq bərpa işlərinin həyata keçirilməsinə səbəb olan dağıntıların yaradılmasında, çapıb-talamaların həyata keçirilməsində, uzun illər Azərbaycanla qonşuluq siyasətini göstərən, Azərbaycanla normal münasibət yürütdüyünü ortaya qoyan İran təşkilatları, İran vətəndaşları da işğalçılarla bilrikdə iştirak edib. Həmin o dağıntıların yaranmasında İranın da bu və ya digər formada əli olduğu, həmin o dağıntıların aradan qaldırılması, geniş quruculuq işlərinin həyata keçrilməsində Azərbaycan çox operativ şəkildə Azərbaycan çox sürətli bərpa işləri həyata keçirir".

Bu barədə Bizimyol.info xəbər portalına Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov danışıb. Onun sözlərinə görə, bu məsələdə Prezident İlham Əliyevin müharibə dönəmində və ondan sonra da proseslərdə səsləndirdiyi kimi Azərbaycana yaxın olan, Azərbaycanın dostu və Azərbaycanın haqlı mövqeyində ona dəstək nümayiş etdirən dövlətlər onların nümayəndəlikəri və vətəndaşları da iştirak edə bilərlər.

Xəyal Bəşirov Xəyal Bəşirov

“Bu məsələdə həm “3+3” formatı ilə bağlı əməkdşalıq təklif etdiyini dövlətlərin siyahısında İranın da iştirakı nəzərdə tutulurdu. Bu gün biz İrandan frəqli bir mövqenin nümayiş etdiildiyinin şahidi oluruq. Çox təəssüflər olsun ki, bu gün İran Azərbaycana 765 km-lik sərhədini özü üçün qırmızı xətt hesab etməli olduğu halda, Ermənistanla süni şəkildə yaradılmış və Azərbaycanın tarixi ərazilərinə keçən 35 km-lik sərhədi özü üçün qırmızı xətt adlandırır. O cümlədən də, bu gün İran və onun ərazilərində yaşayan 40 milyondan artıq Azərbaycanlıları, onların hüquqlarını özü üçün qırmızı xətt hesab etməli olduğu halda, ərazisində yaşayan 30 minlik məlum milli azlığın mövqeyindən çıxış edir”,- deyə Xəyal Bəşirov əlavə edib.

Politoloq hesab edir ki, İranın bu siyasəti hər bir halda öz maraqlarna xələl gətirəcək. Azərbaycanı özünün dövlətçilik maraqlarını, ümummilli maraqlarını və o maraqlardan çıxış edərək atdığı addımlardan heç kim döndərə bilməz. Nə İran, nə hanısa bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz.

“İslam dövləti olan İran dövləti unutmamalıdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə Azərbaycanın tarixi ərazilərini işğaldan azad etmədi. Azərbaycan həm də ilə yaxın bir müddət ərzində işğal altında olduğu dönəmdə həmin o ərazilərdə yerləşən 67 məscidin 65-nin darmadğın edilərək bütün o məscidlərimizin hər an təhqir edilməsinə son qoydu. Azərbaycan həmin o ərazilərdə təkcə azərbaycanlılar üçün deyil, bütün dünya müsəlmanları üçün ən müqəddəs yerlərimizdən olan qəbirstanlıqlarımızın, qəbir daşlarımızın çapıb-talanmasını, təhqir edilməsini, meyitlərimizin belə qəbirdən çıxarılaraq, onların təhqir edilməsi prosesnə son qoydu. İran əgər İslam dövlətidirsə, bu məsələdə nəinki Azərbaycana qarşı çıxış etməli, nəinki bu gün Araz çayı üzərində təlimlər keçirərək XX əsrin ortalarından qalmış silahlarını nümayiş etdirməli, Azərbaycana qarşı mövqeyini ortaya qoymalı, əksinə İran bu gün Azərbaycanın atdığı bu haqlı addımlara dəstək nümayiş etdirməlidir. Çünki biz İslam dəyərlərini işğaldan azad etdik. Çünki biz İslam abidələrini iğaldan azad etdik. Çünki biz İslam dini üçün hörmət və müqəddəs satılan yerləri təhqirdən, donuzlardan və işğaldan azad etmiş olduq” - deyə Xəyal Bəşirov qeyd edib.

Politoloq hesab edir ki, bu gün atdığı bu addımlar əslində İran dövlətinin 1974-cü ildən yaradılmış İslam Respublikasının özünün məfkurəsinə, mahiyyətinə və məzmununa zidd olan addımlardır. Əgər adını İslam qoyub, İslam dinin ziddinə addımlar atırsa, təbii ki, bu da həmin o dövləti idarə edənlərin, həmin o dövlətin rəsmilərinin və ümumilikdə İran xalqının problemidir. Artıq onlar bu problemlərini həll etməlidirlər. Hər bir halda Azərbaycan heç bir dövlətin, o cümlədən də İran dövlətinin daxili işlərinə qarışmır.

“Bizim üçün hər bir dövlətin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı müqəddəsdir, toxunulmazdır. Eyni zamanda həmin dövlətlər üçün Azərbaycana münasibətdə eyni münasibəti sərgiləməyi tələb edirik. Bizim ərazilərimizdə bizim sərhədlərimizin toxunulmazlığə da onlar üçün eyni dəyər daşımalıdır. İranın bu günkü addımları - Azərbaycanla sərhədə qoşun toplaması, təlimlər keçməsi əslində bir daha İranın hazırkı rəhbərinin cılız siyasətindən xəbər verir. Bu gün onların 20 faiz ərazilərinin geniş quruculuq, bərpa işləri keçirərək, beynəlxalq standartlara cavab verən hava limanları, dəmir yollatı, ayrı-ayrı dövlət obyektlərinin tikintisini həyata keçirməsi, onların təməllərinin qoyulması və istifadəyə verilməsi fonunda Azərbaycanın Zəngilan rayonu ilə sərhəddə yerləşən Qafanda İranın Ermənistandakı konsulluğunun açılması istiqamətində gülünc görünüşlü bir obyektin istifadəyə verilməsi əslində həqiqətən də İranın son dövrlərdə yürütdüyü siyasətin cılızlığından xəbər verir” - deyən Xəyal Bəşirov bildirib ki, İran Azərbaycanla münasibətlərini normalaşdıracaqsa, bu da təbii ki, İranın özünün maraqlarına cavab verəcək. Hər bir halda istənilən dövlət üçün seçim də müstəqildir. Necə ki, Azərbaycan bu seçimini həyata keçirir. Azərbaycan “Qoşulmama həraktına” uğurla rəhbərlik edir.

“Bizim müstəqillik dövründə, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə və hazırda İlham Əliyevin rəhbərlik etdiyi dönəmdə Azərbaycanın dövlət siyasətinin təməlində məhz prinsiplər durur. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmadığı kimi, onun da daxili işlərinə heç bir imkan vermir və verməyəcək. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq bərpa işlərinin həyata keçirilməsi heç bir dövlətin maraqlarına zidd deyil. Türkiyə dövlətinin bu məsələdə Azərbaycanın yanında olması heç də o demək deyil ki, Azərbaycan Türkiyə ilə birlikdə hansısa dövlətə qarşı təhdidlər yaradır” - deyə politoloq bildirib. O, hesab edir ki, əksinə Azərbaycan bu prosesdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən istəniıən dövlətlə birgə iştirak etməyə hazırdır. Amma hər bir halda həmin o dövlətlər bu prosesdə etməyi istəyirlərsə, Azərbaycanın bu haqqlı mövqeyinə dəstək nümayiş etdirməyini tələb edir. İstənilən tərəf üçün bu seçim könüllüdür. Yalnız bundan sonra hər bir dövlət Türkiyə dövləti və onun şirkətləri kimi bu məsələdə iştirak edə bilər.

Oxşar xəbərlər