66613f1b79406202406244619

"iPhone" işlədənlərin nəzərinə - Bu telefonlarda...

Apple" şirkəti 10 iyun tarixində əsas diqqəti süni intellektin sistemə inteqrasiyasına yönəlmiş "iOS 18" yeniləməsini təqdim edəcək.


Milli.Az baku.ws-ə istinadən bildirir ki, MacRumors" portalı yeni əməliyyat sistemini alacaq cihazların ilkin siyahısını tərtib edib.Məlumata görə, "iOS 18" iki növ süni intellekt funksiyasına malik olacaq. Birincisi cihazda lokallaşdırılmış şəkildə işləyəcək, ikincisi isə daha inkişaf etmiş imkanlarla "Apple" serverlərində işləyəcək.


Bununla əlaqədar bəzi yeniliklər yalnız güclü smartfon sahibləri üçün əlçatan olacaq və !iPhone 15 Pro!-dan başlayaraq 8 GB RAM və güclü "Apple" A17 Pro çipinə sahib olan modellər bu yeniliklərdən yararlana biləcək.


Planşetlərdə "iPad" və "Mac" kompüterlərində süni intellektin işləməsi üçün də yüksək sistem tələbləri olacaq, buna görə də "Apple M1" çipi və daha yeni modellərə sahib cihazlar tələb olunacaq. Bu cihazların hamısı ən azı 8 GB RAM ilə təchiz olunur.


Ehtimal olunur ki, "iOS 18" "iOS 17" ilə eyni "iPhone" modellərinə uyğun olacaq.


Beləliklə, artıq bu yay yeni əməliyyat sisteminin beta versiyaları "iPhone XR", "Xs", "11", "iPhone SE2 ikinci nəsil və daha yeni modellərin sahiblərinə təqdim ediləcək.