İmtahanda 300 bal toplayan şagird sirləri açdı: Maksimum nəticəni belə əldə edibmiş /FOTO
O, hər gün axşam saat 10-da yatdığını və heç vaxt repetitor yanına getmədiyini vurğulayıb:
“Mən heç bir hazırlıq kursuna və müəllim yanına getməmişəm. Buna ehtiyac hiss etmirdim. Hər fənni öz zamanında oxumuşdum. 9-cu sinifdə də mənə təkrar etmək qalmışdı. Bu potensialımı gələcəkdə tibb sahəsində göstərmək istəyirəm.
Şagird qrafiklə çalışmalı, dərslərini sabaha saxlamamalıdır. Gün ərzində dərs saatları ilə oxumaq saatlarımı bölürdüm. Hər gün səhər 8-dən günorta 3-ə qədər dərsdə olurdum. 3-dən 5-ə qədər istirahət edirdim. 5-dən sonra isə dərs oxumağa başlayırdım. Amma hər gün saat 10-da yatırdım.
Bu nəticəni toplamağımda müəllimlərimin rolu çoxdur. Hər birinə təşəkkür edirəm. Amma düşünürəm ki, uşağın imtahanda yüksək nəticə göstərməsinin əsas səbəbi öz məsuliyyətidir”.
- Ölkə
- 15 May 2023