imran-xan

İmran Xan mövqeyini açıqladı - Hamı bilsin ki, Rusiya...

Pakistanın Baş naziri İmran Xan ölkəsini Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə tənqid edən xarici diplomatlara xəbərdarlıq edib.

Kanal.az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir səfirləri Pakistana “qul kimi” davranmaqda ittiham edib.

İmran Xan 22 ölkəni təmsil edən diplomatların, o cümlədən Yaponiya, İsveçrə, Kanada, Böyük Britaniya və Avstraliya ilə birlikdə Avropa İttifaqı ölkələri də daxil olmaqla, Pakistanı neytrallığını dayandırmağa və sanksiyalara qoşulmağa çağıran məktubuna cavab verib.

“Moskvanı qınayırlar. Bizim haqqımızda nə düşünürsünüz? Biz sizin qulunuzuqmu? Nə desən, onu da edəcəyik?”,- deyə Baş nazir Xan Aİ səfirlərinə etiraz edib.

İmran Xan Pakistanın əvvəllər NATO-nun Əfqanıstandakı hərbi əməliyyatlarını dəstəklədiyinə görə əziyyət çəkdiyini bildirib:

“Biz Rusiya ilə dostuq, Amerika ilə də dostuq, biz Çin və Avropa ilə dostuq, biz heç bir düşərgədə deyilik”.

Qeyd edək ki, Qərb ölkələri Pakistanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edir.