İmamoğlunu bu paylaşımına görə ələ saldılar: 4 ildən sonra ağlına gəlib ki...
İmamoğlu, nəhayət ki, vəzifəsinin nə olduğunu anlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi AK Partiyanın açıq-aşkar irəlidə olduğu demokratik seçki yarışında hələ səslərin hesablanması davam edərkən təxribat törədən İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, nəticələr bəlli olduqdan sonra məğlubiyyətini başa düşərək vəzifəsini xatırlayıb.
Sosial media hesabından paylaşım edən İmamoğlu, “Ankarada səhərə qədər davam etdirdiyimiz siyasi mübarizədən sonra İBB idarə heyətinin gündəlik toplantısını İstanbulda keçirdik. İstanbulla bağlı qısa, orta və uzunmüddətli planlarımızı müzakirə etdik. İstanbula xidmətimiz daha da böyüyəcək" kimi sözlərdən istifadə edib. Onun stausuna reaksiya verən Esenler Bələdiyyə Başçısı və İBB Məclisi AK Partiya Qrup sədr müavini M. Tevfik Göksu, "4 ildən sonra ağlına gəlib ki, İstanbula xidmət etməlidir" tipli paylaşım edib.
Qeyd edək ki, İmamoğlunun açıqlamaları bir çox sosial şəbəkə istifadəçilərinin də gülüşünə səbəb olub. İzləyiciləri yazdıqları şərhlərlə onu ələ salıb. / Publika.az
- Dünya
- 16 May 2023