İlham Qasımov Cabir İmanovun heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO

  • Manşet
  • 30 Oktyabr 2025
6903143a912b1202510253106

Heydər Əliyev Sarayının direktoru, aktyor İlham Qasımov mərhum Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

Kanal.az xəbər verir ki, aktyor mərhum həmkarının heç yerdə olmayan görüntülərini yayımlayıb. C.İmanov videoda mərhum Xalq şairi Zəlimxan Yaqubun "Ey əsili olmayan kəs!" şeirini səsləndirib. 

"Həyatdasan! Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax necədir? Bölüşmək istəyirəm. Dedim əladır, amma bir az səs tonun aşağıdır, onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı. İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!" deyə, İ.Qasımov paylaşımında yazıb.

Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib.

Oxşar xəbərlər