İlham Əliyev Türkiyəyə gedir

  • Siyasət
  • 06 May 2022 11:44
İlham Əliyev Türkiyəyə gedir
  • Oxunub: 103

Türkiyənin Rizə-Artvin hava limanının açılışı mayın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutacaq.

kanal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hər iki prezidentin təyyarələri eniş zolağına endikdən sonra hava limanının açılışı həyata keçiriləcək. Açılışdan sonra prezidentlər və digər qonaqların şərəfinə ziyafət təşkil olunacaq.

Qeyd edək ki, bu hava limanı Rizə şəhərindən 34, Hopadan 54 və Artvindən 125 km uzaqlıqda yerləşir.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...