İlham Əliyev sərəncam imzaladı

  • Ölkə
  • 13 İyun 2022 14:46
  • Oxunub: 107

Prezident İlham Əliyev iyunun 13-də “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı–Şorsulu (7 km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Kanal.az xəbər verir ki, sərəncama əsasən, otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...