09:25
Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.
Kanal.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev qarşıladı.