6464be6a47807202305234546

İkinci turda kimə dəstək verəcəklər? - İnce qərarını açıqladı, Sinan Oğan isə...

Prezidentliyə namizədlikdən geri çəkilən “Memleket” partiyasının sədri Meherrem İncenin sədrliyi ilə toplantı keçirilib.

Partiya rəhbərliyi ikinci turda kimi dəstəkləyəcəklərini müəyyən etmək üçün toplaşıb. Məlumata görə, iclasda qərar verilib ki, partiya Rəcəb Tayyib Ərdoğana və Kamal Kılıcdaroğluna birbaşa dəstək verməyəcək.

Qeyd edək ki, prezidentliyə digər namizəd Sinan Oğan da hansı namizədi dəstəkləyici barədə qərar verəcək. İddia edilir ki, Meherrem İnceden fərqli olaraq Sinan Oğan namizədlərdən birinə konkret dəstəyini açıqlayacaq.