Zəlzələdən sonra iddialar əsasında 67 nəfər barəsində saxlanma qərarı çıxıb.
Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, başladılan istintaqla həmin 67 nəfərdən olan Celal İrkörenin "Sözel Apartmanı"nın, Halil İpeyin isə "Dündar Apartmanı"nın podratçısı olduğu müəyyən edilib.
Araşdırmalar zamanı Celal İrkörenin "Sözel Apartmanı"nda, Halil İpeyin isə "Dündar Apartmanı"nda zəlzələ zamanı dağıntılar altında qalaraq öldüyü məlum olub.