Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb.
Kanal.az xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib.liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib.Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.(Musteqil.az)
***Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş müəllimini güllələyib.
Demokrat.az müəllimini güllələyən şagirdin fotosunu əldə edib. O, şəkildə ən soldakıdır.
Qeyd edək ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.