"İctimaiyyəti çaşdırmayın..." - Rəqsanə onlara xəbərdarlıq etdi

  • Şou biznes
  • 23 Noyabr 2025
69232dbac0868202511255226

“Bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar”.

Kanal.az xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım yazıb.

O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq:

“Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”.

Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı. (az24.az)

Oxşar xəbərlər