İçərişəhərdə tapılan sirli yeraltı tunel və görüntülər - VİDEO
Maqazin
01.08.2021 16:24
2631

İçərişəhərdə tapılan sirli yeraltı tunel və görüntülər - VİDEO

Aparıcı Fira Cəlilova sosial şəbəkə hesabında yeni paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, repçi Ramil Nabranla birlikdə İçərişəhərdə lentə alınan videounu paylaşıb.

Görüntülərdə Cəlilova tamaşaçılara İçərişəhərdə yeraltı gizli tunel tapıldığını və oranın muzey kimi istifadəyə veriləcəyini bildirib.

Aparıcı videoya verdiyi şərhində bildirib: “İçərişəhərin altı da üstü kimi muzeydir. Orada yeraltı yollar çoxdu. Məsələn, Qız qalasının qarşısında, “Donjun” deyilən dördkünc qala tipli bürcün sol və sağ tərəflərində, Şirvan şahlar sarayında yeraltı yollar var. Bu yollarda çoxlu quyular da yerləşir”.

Qeyd edək ki, hazırda sözügedən yerdə qədimliyini saxlamaq şərtilə 1 ildən çoxdur təmir-bərpa işləri aparılır. Muzey 3-4 metr dərinlikdə yerləşəcək.(Baku.ws)


İçərişəhərdə tapılan sirli yeraltı tunel
Loading...
Loading...