Hollivud ulduzlarının plyajdan səmimi görüntüləri yayıldı - FOTO
Kanal.az TV
10.07.2021 17:23
199

Hollivud ulduzlarının plyajdan səmimi görüntüləri yayıldı - FOTO

Karyeralarına İspaniya kinosu ilə başlayan və Hollivuda köçərək orada uğurlara davam edən Penelope Kruz və Xavier Bardem ümumiyyətlə şəxsi həyatlarını kameralardan uzaq tuturlar.

“Page Six” xəbər verir ki, 47 yaşlı Cruz və 52 yaşlı Bardem bu dəfə Sardiniyadakı ailəvi tətildə kameralardan qaça bilməyiblər.

Leo adlı 10 yaşlı oğlu və Luna adlı 7 yaşlı qızları ilə əylənən cütlük romantik anlar da yaşayıblar.

10 illik evliliyi geridə qoyan cütlüyün sevgisinin hələ də təravətini qoruması diqqətdən yayınmayıb


Loading...
Loading...