Hindistanlı milyonçu ilə ailə quran Günel Musəvi illər sonra üzə çıxdı - FOTO

  • Gündəm
  • 18 Avqust 2025
68a21eb8ad402202508252600

Keçmiş parıcı Günel Musəvi hindistanlı iş adamı ilə ailə qurmasından danışıb. 

Kanal.az xəbər verir ki, hazırda Amerikada yaşayan Günel bu haqda Səxavət Nurun "Americano" yutub layihəsində söz açıb:

"Yoldaşımın anası amerikanlı, atası hindistanlıdır. Krişna soyadını ondan götürdüm. Uşaqlıqdan hind filmləri ilə böyümüşəm. Uşaq vaxtı məni hind qızlarına oxşadırdılar. Elə oldu hind ailəsinə gəlin köçdüm. Həyat yoldaşım Amerikada böyüyüb. Anası onu amerikanlı mədəniyyəti ilə böyüdüb. Amma içində hind mədəniyyəti, ənənəsi var. Uşaqlarım da hindlidir. Amma istəyirəm onlar Azərbaycan mədəniyyətini də öyrənsin, öyrədirəm də. Gec yaşda ana olmuşam. Ona görə indi özümü ailəyə sərf etmişəm. Yoldaşım elə şərait yaradıb ki, işləməyə ehtiyacım yoxdur".

Qeyd edək ki, Günelin iki övladı var. 

Oxşar xəbərlər