Həyətindən çətənə kolları əkən şəxsin evindən qanunsuz silah aşkarlandı - FOTO
Gündəm, Ölkə
19.07.2021 13:46
36

Həyətindən çətənə kolları əkən şəxsin evindən qanunsuz silah aşkarlandı - FOTO

Astara sakininin həyətindən çətənə kolları, evindən isə qanunsuz silah aşkarlandı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Sərək kənd sakini Arif Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətində naringi ağaclarının arasında kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 66 kiloqram olan 29 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Həmin şəxsin qanunsuz olaraq yaşadığı evdə saxladığı müvafiq sənədləri olmayan bir ədəd İJ16 markalı ov silahı və üç ədəd patron polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Loading...
Loading...