Heydər Əliyev prospektində hərəkət bərpa edildi - Fotolar+Yenilənib
Hadisə, Ölkə
29.03.2021 22:10
148

Heydər Əliyev prospektində hərəkət bərpa edildi - Fotolar+Yenilənib

Loading...

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır qəza qeydə alınıb

Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcə də, Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

***

Bu gün qəza baş verdiyinə görə bağlanan Heydər Əliyev prospektində hərəkət bərpa edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq yolda hər iki istiqamətdə hərəkət bərpa olunub:

“Qəza nəticəsində üç avtomobil toqquşub, xəsarət alanlar var. Yolda hərəkət bərpa edilib, lakin sürücülərdən xahiş edirik ki, mümkün qədər alternativ yollardan istifadə etsinlər. Çünki həmin yolda hələ də sıxlıq qalmaqdadır”.



Loading...
close
close