65afa63cadf42202401244252

Həyat yoldaşı ilə mübahisə edən kişi həqiqəti öyrənib ŞOK OLDU: Övladı...

"Reddit" istifadəçisi bir nəfər həyat yoldaşı ilə mübahisəyə görə özü haqqında gözlənilməz həqiqəti necə öyrəndiyini danışıb. O, eşitdiklərinə görə həyat yoldaşından ayrılmaq qərarına gəldiyini etiraf edib.


Kişinin dediyinə görə, o, həyat yoldaşı ilə doqquz yaşlı qızı böyüdür. Mübahisələrin birində arvadı onun övladının atası olmadığını deyib.


O, həyat yoldaşının sözlərindən sonra test etdirib və həqiqəti öyrənib.

Sonra kişi arvadının ayrılmaq istəməsinə baxmayaraq boşanmaq qərarına gəlib.

"Mən başqasının uşağını böyütmək və təmin etmək istəmirəm.

Həyat yoldaşım yalvarır ki, onları küçəyə atmayım. Amma onların harada yaşayacaqları məni maraqlandırmır. O, xəyanət etməməli idi", - deyə yazı müəllifi bildirib. (BAKU.WS)