Heydər Əliyev adına Hərbi institutun məzunu buraxılış mərasimində evlilik təklifi edib.
Kanal.az-ın məlumatına görə, bu gün keçirilən buraxılış mərasimində qeyri-adi və emosional anlar yaşanıb.
Hərbi institutun gənc məzunu – leytenant rütbəsi alan zabit sıra meydançasında öz sevgilisinə evlilik təklifi edib.
Mərasim iştirakçılarının alqışları ilə baş tutan təklif geniş maraqla qarşılanıb.