6634e543531ad202405242315

Hərbçimiz qəzada həlak oldu - 4 yaralı var - YENİLƏNİB

16:28

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", MN-dən bildirilib.

-------

13:56

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib.

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az