Hər şey əvvəlcədən razılaşdırılıb: Hədəfdə Pakistan var -  ABŞ-ın ŞOK PLANI üzə çıxdı
Gündəm, Dünya
16.08.2021 13:14
2276

Hər şey əvvəlcədən razılaşdırılıb: Hədəfdə Pakistan var - ABŞ-ın ŞOK PLANI üzə çıxdı

ABŞ-la “Taliban” arasında gizli razılaşmanın əldə olunduğuna dair iddialar yayılıb.

Kanal.az metbuat.az-a istinadən xəbər verir ki, iddialara görə, tərəflər ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çəkilməsinə dair anlaşmanı hələ bir müddət əvvəl Dohada əldə edib. 2020-ci ildə Dohada əldə edilən razılaşmanın bəzi detalları mətbuata açıqlansa da, əsas maddələr gizli saxlanılıb. Razılığa əsasən hərbçilərin geri çəkilməsinə qədər ABŞ “Taliban”dan hücumları dayandırmasını istəyib.

Xarici KİV-lərin iddiasına görə, hərbçilərin geri çəkilməsi prosesi başa çatandan sonra terrorçular Pakistanla sərhəd rayonlarda sensasiya yaradacaq həmlələr edəcək.


Paylaş:
Loading...
Loading...