1Xbet
1Xbet
Hər bir Azərbaycanlı bu xəritəni bəyənib, paylaşmağa borcludur
Dünya
14.02.2021 16:16
295

Hər bir Azərbaycanlı bu xəritəni bəyənib, paylaşmağa borcludur

Loading...

Azərbaycanın bütöv xəritəsi. Əsrlər öncəki Azərbaycan. Tariximizi unutmayaq. 

Azərbaycan tarixi — dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 705-ci ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena  Ərəb xilafətinin tərkibinə daxil olur və islam və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salalilər, Sacilər, Şəddadilər və Rəvvadilər).

XI əsrdə Azərbaycanın Böyük Səlcuk İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəylər Dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur. Teymurilərin zəifləməsi ilə Qaraqoyunlu və Ağqoyunlular dövlətləri yaranır. XVI əsrdə Azərbaycan Səfəvilər Dövlətinin tərkibinə daxil olur. 1747-ci ildən XIX əsrin əvvəllərinə qədər regionda  Azərbaycan Xanlıqları mövcud olmuşdur. Rusiya İmperiyasının tərkibinə daxil olduqdan sonra Azərbaycan ərazisi quberniya və əyalətlərə bölünür.

Rusiya İmperiyasının süqutundan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSRİ-in tərkibinə daxil oldu. 1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.

Loading...
close
close