Həlak olan direktor Hökümənin bibisi oğlu imiş - FOTO

  • Gündəm
  • 03 İyul 2025
6866868429bb5202507253252

Əslən Kəlbəcər rayonundan olan məktəb direktoru Naxçıvanda avtoqəzada ölüb.

Kanal.az "Report"un yerli bürosuna istinadən məlumatına görə, hadisə Orduabd rayonunun Nürgüt kəndində baş verib.

Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Marqarita pizza

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhraman adı verilən Hökümə Əliyevanın bibisi oğludur.

***

Oxşar xəbərlər